Aleksey Baqa Belarus çempionu ilə müqavilə bağlayıb
“Sumqayıt”ın sabiq baş məşqçisi Aleksey Baqa Belarusun “Şaxtyor” (Soliqorsk) komandasının sükanı arxasına keçib.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
O, son ölkə çempionunda Miliç Çuriçiçi əvəzləyib.
Qeyd edək ki, bu ilin sentyabrında "Sumqayıt"dan istefaya göndərilən Aleksey Baqa 2021-ci ildə “Şaxtyor”un sükanı arxasında olub və kluba 2-ci çempionluğu qazandırıb.