Aleksey Mirançuk 48 saat ərzində "Atlanta"nın futbolçusu olacaq

"Atalanta"dan ABŞ-nin "Atlanta" klubuna keçən Aleksey Mirançukun transferi 48 saat ərzində rəsmləşəcək.

Sportline.az xəbər verir ki, bu barədə Sky Sport nəşri məlumat yayıb.

"Atlanta" klubu bu transfer üçün qarşı tərəfə 12 milyon avro ödəyəcək.

28 yaşlı futbolçunun Berqamo təmsilçisi ilə müqavilə 2025-ci ilin yayına qədər idi. 

Qeyd edək ki, ötən mövsüm komandası ilə 42 oyuna çıxan Mirançuk 4 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.