Alisondan rekord qurtarış

"Liverpul"un qapıçısı Alisson Beker Premyer Liqanın 3-cü turunda "Nyukasl Yunayted"ə qarşı (2:1) 7 seyv edib.

Sportline.az xəbər verir ki, bu qədər qurtarış 30 yaşlı futbolçunun Premyer Liqada “Liverpul” tarixində ən yaxşı göstəricisidir.

"Liverpul" 7 xalla Premyer Liqa turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Yurgen Kloppun komandası növbəti turda (3 sentyabr) "Aston Villa" ilə qarşılaşacaq.