Alleqri "Arsenal"a keçir?
Cari mövsümün sonunda "Arsenal"da baş məşqçi dəyişikliyi yaşana bilər. SportLine.az "Daily Mail"ə istinadən xəbər verir ki, "topçular" Arsen Vengerlə müqaviləni yeniləməkdə maraqlı deyillər. Məlumata görə, fransalı mütəxəssis də London klubu ilə vidalaşmaq barədə düşünür. Belə olsa, "Yuventus"un çalışdırıcı - Massimiliano Alleqri "Arsenal"a keçə bilər. Tərəflərin artıq ilkin razılıq əldə etdiyi bildirilir.
Qeyd edək ki, A.Venger 1996-cı ildən "Arsenal"ın baş məşqçisidir.