Almaniya klubu baş məşqçisi ilə vidalaşıb
Almaniyanın “Verder Bremen” klubunda baş məşqçi Horst Steffen vəzifəsindən ayrılıb.
Sportline.az xəbər verir ki, klub bu barədə rəsmi açıqlama yayıb:
“Bu qərarı vermək bizim üçün asan olmadı. Lakin uzun müddət davam edən qələbəsiz seriyadan sonra Horst Steffenin hazırkı vəziyyətdə komandamız üçün uyğun seçim olduğuna artıq əmin deyilik".
Hazırda komanda turnir cədvəlində 15-ci pillədə qərarlaşıb. Baş məşqçi təyin olunana qədər Rafael Duarte və Kristian Qross kollektivə müvəqqəti olaraq rəhbərlik edəcəklər.