Almaniya klubunda ayrılıq yaşanıb
“Borussiya Dortmund” klubunda mühüm ayrılıq baş verib.
Sportline.az xəbər verir ki, klubun idman direktoru Sebastian Kehl ilə yolların ayrıldığı rəsmən açıqlanıb.
Verilən məlumata görə, tərəflər qarşılıqlı razılıq əsasında əməkdaşlığa son qoyublar.
Klub tərəfindən yayılan açıqlamada bu qərarın həm rəhbərlik, həm də Kehl tərəfindən dostcasına qəbul edildiyi bildirilib.