Almaniya klubunda ciddi itki

Almaniya Bundesliqasının 24-cü turunda "Borussiya Dortmund" evdə "Bavariya" ilə qarşılaşdı.

Sportline.az xəbər verir ki, 3:2 hesabı ilə məğlub olan Dortmund komandasında Emre Can 45-ci dəqiqədə zədələnərək oyunu davam etdirə bilməmişdi.

32 yaşlı təcrübəli futbolçunun sol diz çapraz bağlarının qopduğu açıqlanıb. Bu səbəbdən Emre Can qalan mövsüm boyunca forma geyə bilməyəcək.