Almaniya klubunda yeni baş məşqçi

Almaniyanın "Hoffenhaym" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportline.az Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komandanı Sebastyan Höness çalışdıracaq.

"Bavariya"nın sabiq prezidenti Uli Hönessin qardaşı oğlu olan 38 yaşlı məşqçi ilə 2023-cü ilin yayınadək müqavilə imzalanıb. Hönnes bunadək "Bavariya 2"ni çalışdırırdı.

Qeyd edək ki, Bundesliqada mövsümü 6-cı pillədə başa vuran "Hoffenhaym" Avroliqaya vəsiqə qazanıb.