Almaniya klubunda yeni baş məşqçi

“Şalke”nin yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Sportline.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. Bundesliqa təmsilçisini Manuel Baumun çalışdıracağı bildirilib. 41 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, M.Baumun son iş yeri 18 yaşlılardan ibarət Almaniya millisi olub.