Almaniya millisinin qapıçısı karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər

Almaniya millisinin və "Barselona"nın oyunçusu Andre Ter Şteqen karyerasını Pro Liqada davam etdir bilər.

Sportline.az xəbər verir ki, bu barədə məlumatı "Mundo Deportivo" nəşri yayıb.

Mənbənin xəbərinə görə 32 yaşlı qapıçının keçidində "Al-İttihad" klubu maraqlıdır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı klubunun idman direktoru, əvvəllər “Barselona”da çalışmış Ramon Planes ter Ştegenin transferində israrlıdır.

Ter Şteqenin "Barselona" ilə müqaviləsi 2028-ci ilin yayında başa çatacaq. Almaniyalı qolkiper bu mövsüm çıxdıığı 32 oyunda 36 qol buraxıb.14 dəfə isə qapısını toxunulmaz saxlayıb.