Almaniya millisinin üzvünün transfer qiyməti açıqlanıb

"Borussiya Dortmund" almaniyalı stopperi Niko Şlotterberqin transfer qiyməti açıqlayıb.

Sportline.az xəbər verir ki, klub 26 yaşlı mərkəz müdafiəçisi üçün 60 milyon avro tələb edir.

"Defensa Central" nəşrinin yaydığı məlumata görə, "Real Madrid", "Barselona", "Liverpul" və "Bavariya" sözügedən oyunçunu transfer etmək istəyir.

Qeyd edək ki, N.Şlotterberqin Almaniya klubu ilə sözləşməsi 2027-ci ilin yayına qədərdir.