Almaniya Superkuboku oyununun vaxtı məlum oldu

2026-cı il Almaniya Superkubokunun keçiriləcəyi vaxt müəyyənləşib.

Sportline.az xəbər verir ki, bu haqda yerli futbol federasiyası məlumat yayıb.

"Bavariya" cari mövsüm "qızıl dubl"a imza ataraq Almaniya Bundesliqasını və Almaniya Kubokunu qazanıb.

Beləliklə, gələn mövsümün başlamazdan əvvəl keçiriləcək Almaniya Super Kuboku matçında Vinsent Kompaninin komandası və ölkənin ikinci reytinqli komandası Borussiya" Dortmundla qarşılaşacaq. 

Ənənəvi olaraq, kubok uğrunda mübarizə "Signal Iduna Park"da keçiriləcək. 22 avqusttda oynanılacaq matç Bakı vaxtı ilə aat 22:30-da başlayacaq.