Almaniyalı futbolçu Avropa nəhənglərinin radarındadır

"Ştutqart"ın futbolçusu Angelo Ştilleri yayda klubdan ayrılacaq.

Sportline.az xəbər verir ki, "Mançester Yunayted" və "Yuventus" sözügedən oyunçu ilə yaxından maraqlanır.

Bu haqda "Tutto Juve" nəşri məlumat yayıb.

Qeyd edək ki, A.Ştiller cari mövsüm meydana çıxdığı 49 matçda 2 qol, 10 asistlə yadda qalıb.