Almaniyalı futbolçu Premyer Liqada çıxış edə bilər

"Borussiya Dortmund"un futbolçusu Yulian Brant karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bu haqda "Football İnsider" nəşri məlumat yayıb.

"Aston Villa" və "Arsenal" sözügedən oyunçu ilə yaxından maraqlanır.

Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi bu mövsüm meydana çıxdığı 32 matçda 10 qol, 3 asistlə yadda qalıb.