Almaniyalı mütəxəsis "Real Madrid"i çalışdıra bilər

"Real Madrid" italiyalı baş məşqçisi Karlo Ançelotti ilə yollarını ayırmağa hazırlaşır.

Sportline.az "UOL" nəşrinə istinadən xəbər verir ki, "Real"ın rəhbərliyi klubun sükanı arxasına Yürgen Kloppu gətirmək istəyir.

Ançelottinin Madrid klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir. 

Qeyd edək ki, Kloop baş məşqçi karyerasını ərzində "Maynz", "Borussiya Dortmund" və "Liverpul" kimi klublarda çalışıb.