Albaniyalı futbolçuya 60 milyon avro qiymət qoyuldu
Almaniya millisinin üzvü Armando Broini heyətində görmək istəyən klub 60 milyon avrodan keçməli olacaq.
Sportline.az xəbər verir ki, "Çelsi" futbolçusuna belə qiymət təyin edib.
Bu haqda "The Telegraph" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, "zadəganlar" gənc hücumçu ilə ən azı bu məbləğ müqabilində vidalaşmağa hazırdırlar.
2009-cu ildən "Çelsi"nin sistemində olan Broinin xidmətində "Vest Hem", "Fulhem" və "Vulverhempton" klubları maraqlıdır.
Bu mövsüm 17 oyunda forma geyinən forvard iki qol müəllifi olub.