Xabi Alonso: "Gələcək haqqında danışmağa ehtiyac yoxdur"
"Bayer"in baş məşqçisi Xabi Alonso cari mövsümün sonunda "Real"a keçə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Sportline.az "Relevo"ya istinadən xəbər verir ki, Alonso bu barədə danışmağın hələ tez olduğunu deyib:
“Bizim üçün bu (Real Madrid haqqında şayiələr) əhəmiyyətsizdir. Bütün diqqətimizi mövsümün qalan hissəsinə yönəltmişik. Mövsümün hələ bitmədiyini xatırlamaq vacibdir. Daha beş liqa oyunumuz var və bunu xatırlamalıyıq. Gələcək haqqında danışmağa ehtiyac yoxdur. Konsentrasiyanı itirmək pisdir. Bu mövzu indi vacib deyil. Mən spekulyasiya, şayiələr və ya gələcək haqqında çox danışmaq istəmirəm”.