Alonso İspaniya nəhəngini çalışdıracaq

"Bayer"in təcrübəli baş məşqçisi Xabi Alonso "Real Madrid" klubunun baş məşqçi vəzifəsinə təklif olunan işi qəbul edib.

Sportline "Relevo"ya istinadən xəbər verir ki, tərəflər arasında ilkin danışıqlar artıq başa çatıb.

Xabi Alonso "Real Madrid" klubu ilə 2029-cu ilə qədər müqavilə bağlayacaq.

Qeyd: Xabi Alonso "Bayer Leverkuzen" komandasına tarixində ilk dəfə çempionluq yaşadıb.