Alonsonu həmyerlisi əvəz edəcək
"Komo"nun ispaniyalı baş məşqçisi Sesk Fabreqas mövsümün sonunda klubdan ayrılacaq.
Sportline.az "Sky Sports De"yə istinadən xəbər verir ki, Fabreqas "Bayer"in yeni baş məşqçisi olmağa yaxındır.
Xabi Alonsonun isə yeni iş yeri "Real Madrid" olacaq.
Qeyd edək ki, "Bayer" hazırda Almaniya Bundesliqasında 68 xalla 2-ci pillədə yer alır.