Azərbaycan kubokunda yeni mövsümə start verildi
Bu gün futbol üzrə Azərbaycan kubokunun 2026/27-ci illər mövsümünə 1-ci təsnifat mərhələsi ilə start verilib. Bu mərhələdə yalnız 2-ci liqa klubları yarışıb.
Sportline.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib
“Qaradağ Lökbatan” “Şəki”ni qəbul edib. “Şəmkir” isə “Ağstafa Gəncləri” ilə üz-üzə gəlib. Komandaların hər biri 2-ci liqa təmsilçisidir.
7 oktyabr
Azərbaycan kuboku
1-ci təsnifat mərhələsi
14:30.“Qaradağ Lökbatan” – “Şəki” - 12:0
Qollar: Rəvan Abasov, 2; Əjdər Hacılı, 3; 49; 58; İlkin Əliyev, 11; 82; Hüseyn Hüseynli, 16; Kamil Mahmudov, 17; İbrahim Novruzov, 51; 78; 84; Vüsal Alızadə, 71
Hakimlər: Pərviz İbrahimov, Elman Kərimov, Vüsal Xəlilzadə, Kamil Aydınov
Lökbatan OİK stadionu
14:30.“Şəmkir” – “Ağstafa Gəncləri” - 1:5
Qollar: Ruslan Allahverdiyev, 52 // Qəşəm Məmmədov, 2; Elçin Qasımov, 18; 40; Elgün Namazov, 24; Hüseyn Alıyev, 73-pen.
Hakimlər: Alik Yunusov, Aydın Baxşıyev, Tural Bayramov, Hacıağa Həsənov
Şirvan OİK stadionu
8 oktyabr (cümə axşamı)
14:00. “Difai” – “Zəngəzur”
14:30. “Marafon” – “Dinamo”
14:30. “Şirvan” – “Kür-Araz”
9 oktyabr (cümə)
14:30. “Ağdaş” – “Hypers”