Altay Bayındır ilk oyuna çıxır
Türkiyə millisinin üzvü Altay Bayındır İngiltərə Federasiya kubokunun 4-cü turunda “Nyuport” ilə səfər görüşündə debut edəcək.
Sportline.az xəbər verir ki, 25 yaşlı qolkiper Afrika Millətlər Kubokunda mübarizə aparan Onananın yoxluğunda start heyətdə yer almaq imkanı tapıb.
Altay Bayındır “Nyuport Kaunti” ilə oyunda forma geyinəcəyi təqdirdə “Mancester Yunayted”də çıxış edən ilk türk futbolçu olacaq.
Qarşılaşma yanvarın 28-i saat 20:30-da start götürəcək.