Altay Bayındır “Mançester Yunayted”i tərk edir

Türkiyə millisinin qapıçısı Altay Bayındır “Mançester Yunayted”dən ayrılmağa hazırlaşır.  

Sportline.az "Team Talk"a istinadən xəbər verir ki, 26 yaşlı qapıçıya İngiltərə Premyer Liqasının bir neçə klubu maraq göstərir.  

Onu heyətində görmək istəyən komandalar arasında “Fulhem” də var. London təmsilçisi türk qapıçını transfer etmək üçün artıq addımlar atıb. Ən pis halda isə, Bayındırı icarəyə götürməyi düşünür. Altayın “Mançester Yunayted”lə müqaviləsi 30 iyun 2027-ci ilədək qüvvədədir.  

O, 2023-cü il sentyabrın 1-də “qırmızı şeytanlar”la müqavilə bağlamışdı. Bayındır daha əvvəl “Ankaragücü” və “Fənərbağça” klublarının da şərəfini qoruyub.