Alvares Mayk Taysona söz atdı
Dünya boksunun əfsanəsi Mayk Taysonla bloger Ceyk Polun qarşıdakı döyüşü ilə bağlı fikirlər müxtəlifdir.
Sportline.az xəbər verir ki, sözügedən döyüşü təqdir edənlər də var, tənqid edənlər də.
Meksikalı mütləq dünya çempionu Saul Alvares də bu görüşə ciddi yanaşmayanlar sırasındadır.
"Bu cür qarşılaşmalar məni maraqlandırmır. Düşünürəm ki, bu döyüş yox, şoudur", - deyə Alvares "TMZ"-yə münasibətini açqılayıb.
Qeyd edək ki, Taysonla Pol iyulun 20-də Arlinqton şəhərində rinqə çıxacaq. Taysonun hazırda 57, rəqibinin isə 27 yaşı var.