Amerika kuboku: Messi rekord təkrarlayıb

Argentina millisinin kapitanı Lionel Messi azarkeşlərini yenidən sevindirib.

Sportline.az xəbər verir ki, Amerika kubokunun yarımfinalında Kanadanın qapısına qol vuran hücumçu 2-0 hesablı qələbədə pay sahibi olub. 

Rəqib qapısına 51-ci dəqiqədə yol tapan 37 yaşlı futbolçu matçın ən yaxşı oyunçusu seçilib. 

Bu Messinin karyerasındakı 6-cı Amerika kuboku yarışında vurduğu qoldur.

Argentina futbolunun canlı əfsanəsi bununla Zizinyonun 67 il əvvəlki rekordunu təkrarlayıb.