Amerikalı boksçuya Rusiyada ev verildi
Amerikalı peşəkar boksçu Kevin Consona Rusiyanın Samara şəhərində ev hədiyyə edilib.
Sportline.az xəbər verir ki, bu haqda Moskvada keçirilən turnirdə elan olunub.
O, həftəsonu Moskvada təşkil olunan turnirdə irlandiyalı Şon Törneri nokauta göndərib.
Qeyd edək ki, Rusiya vətəndaşlığını qəbul edən amerikalı son vaxtlarda Kevin Vladimiroviç Conson adı ilə çıxış edir.