Amil Yunanov "Səbail"də

"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Amil Yunanovu heyətinə qatıb. 27 yaşlı hücumçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Amil Yunanov son olaraq "Sumqayıt"da çıxış edib.