Amrabat: “Fənərbağça”da əsil sevgini hiss etdim”
“Fənərbağça”nın mərakeşli futbolçusu Sofiyan Amrabat maraqlı açıqlamaları ilə gündəmə gəlib.
Sportline.az xəbər verir ki, 28 yaşlı futbolçu jurnalistlərə müsahibə verərkən bu fikirləri səsləndirib;
“Mourinyo sizə zəng edib kluba dəvət edəndə inanılmaz hisslər keçirirsiz. Məndə bunu yaşadım. “Fənərbağça” mənə əsil sevgini göstərdi. Bu hissi burada yaşadım. Bu klubu qəlbimlə seçdim”, - deyə S.Amrabat bildirib.
Qeyd edək ki, Amrabat “Fənərbağça”ya “Fiorentina” klubundan transfer olunmuşdu.