Ancelotti Səudiyyə Ərəbistanı klubunu çalışdıra bilər

Madrid "Real"ının baş məşqçisi Karlo Ancelotti karyerasını Səudiyyə Ərəbistanından davam etdirə bilər.

Sportline.az jurnalist Romon Alvaresə istinadla xəbər verir ki, 65 yaşlı mütəxəssis 2024/2025 mövsümündən sonra "Real"ı tərk edəcək.

"Real" (Madrid) italiyalı çalışdırıcının gedişində əsas məqsədi artıq müəyyənləşdirib. Onlar "Bayer"in baş məşqçisi Xabi Alonsonu komandanın "sükanı arxasına" gətirməyi planlaşdırırlar.

Qeyd edək ki, "Real" bu mövsüm La Liqada 4 turdan sonra ikinci pillədə qərarlaşır.