Ançelotti: "Mbappenin Ronaldo səviyyəsinə çatmasını istəyirəm"

"Real Madrid"in italiyalı baş məşqçisi Karlo Ançelotti jurnalistlərə müsahibəsində Mbappe haqqında danışıb.

Sportline.az insayder Fabritsio Romanonun paylaşımına istinadən xəbər verir ki, Ançelotti fransalı futbolçu haqqında bu fikirləri səsləndirib;

"Mbappenin Kriştiano Ronaldo səviyyəsinə çatmasını istəyirəm. Əlbəttdə bunun üçün Kilian çox çalışmalıdır. Çünki Ronaldo "Real Madrid"in tarixində silinməz iz qoydu. O futbol tarixin ən yaxşısıdır. Mbappedə inanılmaz futbolçudur. Müasir dövrün ən böyük oyunçusudur. Mən Mbappenin "Real Madrid" tarixində böyük iz qoyacağına inanıram", - deyə Ançelotti bildirib.

Qeyd edək ki, Mbappe bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 44 matçda 32 qol və 4 məhsuldar ötürmə müəllifi olub.