Ançelotti "Real"dan ayrılmaq istəmir

Karlo Ançelotti "Real Madrid"dən ayrılmaq istəmir.

Sportline.az "Relevo" nəşrinə istinadən xəbər verir ki,  italyan mütəxəssis "Los Blancos"un probleminin baş məşqçidə olmadığına əmindir. O, klubda ciddi islahatların zəruri olduğunu düşünür.

Ançelottinin ətrafı ondan gələcəyi ilə bağlı fərqli qərar verməsini istəyir. Amma baş məşqçi mövsümün sonunu gözləmək və "Real Madrid"in rəhbərliyi ilə görüşmək niyyətindədir.