Ançelottidən Arda Gülər müjdəsi
Mayın 11-də azarkeşləri növbəti Elklasiko gözləyir.
Sportline.az xəbər verir ki, madridlilərin baş məşqçisi Karlo Ançelotti çətin Barselona səfərində Arda Gülərə də güvənəcəyini istisna etməyib.
İtaliyalı mütəxəssis İspaniya mediasına açıqlamasında türkiyəli futbolçunun daim öz üzərində çalışdığını və daha inamlı oyun göstərdiyini vurğulayıb.
"Arda karyerasını "Real Madrid"də davam etdirmək istəyir. Çox keyfiyyətli və çalışqan futbolçudur. Ona olan inam daha da artmaqdadır. "Barselona" ilə oyunda meydana çıxmaq şansı var", - deyə Ançelotti bildirib.
Qeyd edək ki, son turda "Selta" ilə qarşılaşmaya start heyətində çıxan Arda Gülər 1 qol və 1 asistlə qələbəyə (3-2) töhvə vermişdi.