"Ankaragücü" Dortmund "Borussiya"sının sabiq oyunçusunu transfer edib
"Ankaragücü" ötən mövsüm "Borussiya" ilə yollarını ayıran Niko Şultzu heyətinə qatıb.
Sportline.az xəbər verir ki, paytaxt klubu 31 yaşlı sol cinah müdafiəçisi ilə 2026-cı ilə qədər müqavilə imzalayayıb.
2023-cü ildə Almaniya klubundan ayrılan Niko bir ildən artıqdır ki, klubsuzdur.
Qeyd edək ki, karyerası ərzində 337 oyuna çıxan Şultz bu görüşlərdə 18 qol vurub, 39 asist edib. Təcrübəli futbolçu daha əvvəl "Hoffenyam" və "Herta" kimi klublarda da oynayıb.