Ansu Fati İstanbul nəhənginə transfer ola bilər
“Barselona”nın 21 yaşlı ispanyalı futbolçusu Ansu Fati karyerasını Türkiyədə davam etdirə bilər.
Sportline.az “AS” qəzetinə istinadən xəbər verir ki, “Fənərbağça” klubu A.Fati üçün hərəkətə keçib. İstanbul nəhəngi oyunçunu 1 illik icarə əsasında heyətinə qatmaq istəyir.
Hazırda hər iki klub arasında danışıqlar davam edir.
Qeyd edək ki, A.Fati “Fənərbağça”da Mourinyo rəhbərliyi altında oynamağa müsbət yanaşır.