"Antalyaspor"un hücumçusu karyerasını Danimarkada davam etdirəcək
"Antalyaspor"la uğurlu mövsüm keçirən polşalı futbolçu Adam Buksanın yeni komandası məlum olub.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, 27 yaşlı futbolçu Danimarkanın "Midyulənd" komandasına transfer olunub.
2023/2024 mövsümünü "Lens"dən icarə əsasında Türkiyə klubunda keçirən Buksa 33 oyunda 16 qol və 2 asistlik performans göstərmişdi.
Xəbərdə bildirilir ki, Skandinav ölkə təmsilçisi bu transfer üçün "Lens" klubuna 4 milyon avro ödəyəcək.
Qeyd edək ki, Adam Buksa AVRO 2024-də Polşa millisinin heyətində 3 oyunda 1 qolla yadda qalıb.