Antoni "Atletiko"ya keçə bilər

"Real Betis"də icarə əsasında çıxış edən brazilyalı futbolçu Antoni karyerasını "Atletiko Madrid"də davam etdirə bilər.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Atletiko" Antoni üçün "Mançester Yunayted"ə 30 milyon avro təklif edib.

İngiltərə klubunun rəhbərliyi bu təklifə cavab verməyib. 25 yaşlı futbolçu "Mançester Yunayted"ə qayıtmaq niyyətində deyil.

Qeyd edək ki, Antoni bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 27 matçda 5 qol və 4 məhsuldar ötürmə müəllifi olub.