Aqhehova karyerasını İngiltərədə davam etdirə bilər

"Porto"nun ispaniyalı futbolçusu Samu Aqhehova karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az "A Bola"ya istinadən xəbər verir ki, "Aston Villa", "Arsenal", "Çelsi" və "Vest Hem Yunayted" Aqhehova ilə yaxından maraqlanır.

20 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 32 oyunda rəqib qapılarından 20 top keçirib.

Qeyd edək ki, Aqhehovanın transfer qiyməti 50 milyon avro olaraq qiymətləndirilir.