Aqil Məmmədov rəsmən "Neftçi"də
"Neftçi” heyətinə yeni futbolçu cəlb edib.
Sportline.az xəbər verir ki, paytaxt təmsilçisi qapıçı Aqil Məmmədovla mövsümün sonunadək müqavilə bağlanıb. Tərəflərin istəyinə əsasən mövsümün sonu müqavilə daha 1 illik uzadıla bilər.
Qeyd edək ki, 28 yaşlı qapıçı 2015-2016-cı illərdə "Neftçi”nin şərəfini qoruyub. O, cari mövsümdə "Qəbələ"nin formasını geyinib.