Arauxo "Barselona"dan ayrılır?
"Barselona"nın uruqvaylı futbolçusu Ronald Arauxo mövsümün sonunda klubdan ayrıla bilər.
Sportline.az "Football365" nəşrinə istinadən xəbər verir ki, Arauxo "Mançester Yunayted"in maraq dairəsindədir.
İngiltərə klubu bu keçid üçün qarşı tərəfə 50 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Arauxo 2018-ci ilin yayında "Boston River" klubundan "Barselona"ya 4.7 milyon avro qarşılığında transfer olmuşdu.