Arauxo İtaliya klubunun maraq dairəsinə düşüb
"Barselona"nın müdafiəçisi Ronald Arauxonun "Milan"a transfer olma ehtimalı var.
Sportline.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 26 yaşlı futbolçu İtaliya klubundan təklif alıb.
"Milan"ın rəhbərliyi Arauxo üçün 40 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, "Mançester Yunayted"də uruqvaylı futbolçu ilə yaxından maraqlanır.