Araz Abdullayev klubundan ayrıldı

Azərbaycanlı futbolçu Araz Abdullayevin Kiprin "Etnikos" klubu ilə yolları ayrılıb.

Sportline.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər qarşılıqlı razılaşmaya əsasən müqaviləyə xitam veriblər.

Axnas klubu Araza təşəkkür edərək uğurlar arzulayıb. 

Qeyd edək ki, millimizin yarımmüdafiəçisi yayda "Etnikos"la 1 illik müqavilə imzalamışdı.