Araz Abdullayev oynadı, komandası kubokda qalib gəldi

Azərbaycan millisinin üzvü Araz Abdullayevin şərəfini qoruduğu "Anortosis" Kipr Kubokunun 1/8 final mərhələsində "Ayia Napa" kollektivini qəbul edib. SportLine.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2.

A.Abdullayev meydana start heyətində daxil olub. 

Qeyd edək ki, komandalar arasında cavab görüşü 17 yanvar tarixində keçiriləcək.