Araz Abdullayevin yeni klubu bilindi
Millimizin üzvü Araz Abdullayev "Sumqayıt" klubu ilə anlaşıb.
Sportline.az xəbər verir ki, bu barədə "gənclik şəhəri" təmsilçisinin mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov bildirib.
O, 30 yaşlı yarımmüdafiəçi ilə ilkin razılıq əldə olunduğunu və Abdullayevlə yaxın zamanda müqavilə imzalanacağını bildirib. (Report)
Qeyd edək ki, Araz Abdullayev yanvarın 5-də Kipr "Etnikos"undan ayrılıb.