"Araz" Makedoniyaya 11 futzalçı ilə yollanıb
Sabah futzal üzrə UEFA Kubokunda əsas mərhələ start götürəcək. SportLine.az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən "Araz" klubu artıq iştirak ərizəsini təqdim edib. UEFA Kuboku üçün 13 futzalçı sifariş olunub.
Braziliyalı baş məşqçi Milton Luis Ziller Junior siyahıda adları yer alan futzalçıların heç də hamısını meydana buraxa bilməyəcək. Belə ki, Rizvan Fərzəliyev və Fineo De Araujo Makedoniya, Gürcüstan və Kosovo çempionları ilə görüşlərdə iştirak etməyəcək.
“Araz”ın sifariş vərəqində bu futzalçılar yer alıb: 1. Rövşən Hüseynli, 19. Anar Məmmədov, 13. İsa Atayev, 11 Xətai Bağırov, 3. Everton Kardosa, 7. Ramiz Çovdarov, 5. Fineo De Araujo, 8. Rizvan Fərzəliyev, 6. Eduardo Mello, 15. Oliveira Do Nascimento Villiams, 4. Fabio Poletto, 14. Oqtay Rüstəmli, 10 Tiyaqo Teles Martins.
Qeyd edək ki, mübarizəyə sabah start verəcək təmsilçimiz ilk matçda Tbilisi Dövlət Universitetinin komandası ilə qarşılaşacaq. Ertəsi gün Kosovonun “Feniks” klubu ilə üz-üzə gələcək “Araz” əsas mərhələnin son oyununda meydan sahibləri ilə gücünü sınayacaq. “Zalazareç”lə duel oktyabrın 14-də baş tutacaq. Qrup mərhələsinin ilk iki pillədə başa vuracaq komandalar elit mərhələyə vəsiqə qazanacaq.