"Araz"ın 9 potensial rəqibi müəyyənləşdi
Futzal üzrə UEFA Kubokunun əsas mərhələsində uğurlu çıxışla yadda qalan "Araz" klubunun elit-raunddakı potensial rəqiblərindən 9-u müəyyənləşib. SportLine.az xəbər verir ki, çempionumuz kimi Kosovonun “Feniks”, Portuqaliyanın “Sportinq”, Çexiyanın “Xrudim”, Latviyanın “Nikars”, Rumıniyanın “Tırqu Mureş” komandaları da əsas mərhələdə ilk iki pillədə qərarlaşıb.
Rusiyanın “Dinamo” və “Yuqra”, İspaniyanın “İnter”, Qazaxıstanın “Kayrat” klubları isə birbaşa elit-raunda qatılacaq. Daha 6 komandanın adına isə əsas mərhələnin son oyunlarında aydınlıq gələcək.
Qeyd edək ki, elit-raundun püşkü oktyabrın 21-də atılacaq.