"Araz"ın bütün potensial rəqibləri müəyyənləşdi
Futzal üzrə UEFA Kubokunda elit-raundun bütün iştirakçıları müəyyənləşib. SportLine.az xəbər verir ki, Azərbaycan çempionu "Araz"la yanaşı, daha 15 komanda bu mərhələdə mübarizə aparacaq. Onlardan 4-ü mübarizəyə elit-raunddan qoşulacaq.
Birbaşa elit-raunda vəsiqə qazananlar:
“Dinamo”, “Yuqra” (Hər ikisi Rusiya), "İnter" (İspaniya), "Kayrat" (Qazaxıstan).
Əsas mərhələdən elit-raunda yüksələnlər:
"Araz" (Azərbaycan), "Feniks" (Kosovo), "Sportinq" (Portuqaliya), "Xrudim" (Çexiya), "Nikars" (Latviya), “Tırqu Mureş” (Rumıniya), “Györi” (Macarıstan), “Maribor” (Sloveniya), "Hamburq" (Almaniya), “Ekonomaç” (Serbiya), “Nasional” (Xorvatiya), “Real” (İtaliya).
Qeyd edək ki, elit-raundun püşkü oktyabrın 21-də atılacaq.