Arda "Başakşəhər"lə razılığa gəldi
"Barselona"nın futbolçusu Arda Turan karyerasını vətənində davam etdirməyə yaxındır.
SportLine.az "Fanatik"ə istinadən xəbər verir ki, Super Liqa təmsilçisi "Başakşəhər" türkiyəli futbolçu ilə razılıq əldə edib. A.Turan 10 milyon avro müqabilində 1,5 illik müqaviləyə qol çəkməyə "hə" deyib.
İstanbul klubu transfer məsələlərini "Barselona" ilə həll etməkdədir. A.Turanın meneceri Ahmet Bulut da katalonları razı salmağa çalışır.
Qeyd edək ki, La Liqa təmsilçisinin baş məşqçisi Ernesto Valverde A.Turanın onun planlarına daxil olmadığını demişdi.