Arda ən çox cəzalandırılan oyunçular sırasında
İspaniya mətbuatı "Barselona"nın məşqinə ən çox gecikən futbolçuların siyahısını tərtib edib. SportLine.az xəbər verir ki, katalonların türkiyəli ulduzu Arda Turan siyahıda dördüncü yerdədir.
Gecikdiyinə görə ən çox cəzalandırılan futbolçular isə Jerar Pike, Neymar və Adrianodur.
Klubun nizamnaməsinə əsasən, futbolçular məşqə təyin edilən vaxtdan 1 saat, oyuna isə saat yarım əvvəl gəlməlidirlər.
Qeyd edək ki, cəzalandırılan futbolçuların ödədiyi pullar xeyriyyə işlərinə sərf olunur.