Arda Güler Birmingem klubuna transfer ola bilər
“Real Madrid”in türkiyəli futbolçusu Arda Güler karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az “Fichajes” nəşrinə istinadən xəbər verir ki, “Aston Villa” Ardanı transfer etmək üçün hərəkətə keçib.
Birmingem klubu mövsümün sonunda “Reak Madrid”ə rəsmi təklif göndərəcək.
Qeyd edək ki, Arda Güler bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 31 matçda 3 qol və 6 məhsuldar ötürmə müəllifi olub.
20 yaşlı futbolçunun “Real Madrid”lə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
Xatırladaq ki, Arda Güler 2023-cü ilin yayında “Fənərbağça”dan “Real Madrid”ə 20 milyon avro qarşılığında transfer olmuşdu.