Arda Gülər karyerasını İngiltərədə davam etdirə bilər

''Real Madrid''in türkiyəli futbolçusu Arda Gülər karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az Daily Mail-ə istinadla xəbər verir ki, ''Arsenal'' 20 yaşlı hücumçunun transferində israrlıdır.

''Topçular''ın Arda üçün 40 milyon avro ödəməyə hazır olduğu bildirilir.

Ardanın ''Real Madrid''lə 2029-cu ilə qədər müqaviləsi mövcuddur.

Qeyd edək ki, gənc ulduz bu mövsüm komandanın heyətində 33 matçda 3 qol 7 məhsuldar ötürmə ilə yadda qalıb.