Arda Güler üçün 80 milyon avro
"Real" Madrid forması geyinən Arda Güler üçün İngiltərə klubundan təklif gəlib.
Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, "Nyukasl Yunayted" türkiyəli futbolçunu 80 milyon avro qarşılığında heyətinə qatmaq istəyir.
Xəbərdə prezident Florentino Peres və baş məşqçi Karlo Ançelottinin belə bir satışa müsbət baxmadığı və Ardanın klubun gələcəyi üçün vacib bir oyunçu olaraq görüldüyü bildirilib.
Ötən mövsüm "Kral klubu"nun heyətində 12 oyuna çıxan gənc futbolçu 6 qolla yadda qalmışdı.
Qeyd edək ki, Arda 2023-cü ildə "Fənərbağça"dan "Real"a 20 milyon avro qarşılığında transfer olunmuşdu.